Türkiyədə hərbi təyyarə qəzası baş verib.

12.12.2016 21:42     Dünyadan reaksiya     1230

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, "F-16" tipli qırıcı təyyarə Diyarbəkir şəhərindəki aerodrom yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təlim uçuşu həyata keçirən F-16 qırıcısı düşüb. Pilotun paraşütlə tullanaraq sağ qaldığı bildirilir. Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib. Əraziyə xeyli sayda təcili yardım maşını göndərilib.

Şərhlər

Çox oxunanlar