Hərbi gəmilər hərəkətə keçdi - Aralıq dənizində BÖYÜK QARŞIDURMA

13.12.2016 12:34     Dünyadan reaksiya     1384

Avropanın şərqində silahlanma yarışına daxil olan NATO və Rusiya Aralıq dənizində güc nümayişinə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, NATO Kipr adası ətrafına döyüş gəmiləri göndərib.

Kipr sahillərində NATO hərbi gəmilərini müşayiət edən sualtı gəmilər bir təyyarədaşıyan gəmini batıracaq gücə sahibdir.

Daha əvvəl isə Rusiya Dəməşq rejiminə dəstək üçün yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” və digər hərbi gəmilərini Aralıq dənizinin şərqindəki Tartus limanına göndərib. Moskvanın bu addımı NATO ölkələri tərəfindən tənqidlə qarşılanıb.

 

Reaksiya.az

Şərhlər