ABŞ və Rusiya səfirlərinin BMT Təhlükəsizlik Şurasında mübahisəsi
14.12.2016 16:42 Dünyadan reaksiya 1202
Çərşənbə axşamı günü Hələbdəki vəziyyətin müzakirəsi üçün təşkil edilən BMT Təhlükəsizlik Şurasının təcili sessiyasında Rusiya və ABŞ səfirləri arasında mubahisə yaranıb.
Çıxışında Suriya və onun müttəfiqləri Rusiya və İrana irad tutaraq, ABŞ səfiri Samantha Powell bu sözləri deyib: "Sizin həqiqətən də xəcalət çəkməyə qabiliyyətiniz yoxdur? Sizi həqiqətən də heç bir şey utandırmır? Dinc əhaliyə qarşı törədilən hər bir vəhşilik, bir uşağın edamı, sizi həqiqətən narahat etmir, tüklərinizi ürpətmir?"
Samantha Powell-ın çıxışına qəzəblənən Rusiya səfiri Vitali Çurkin öz növbəsində ABŞ-ın "keçmiş hərəkətlərini" xatırladıb: "O elə bilir ki, Tereza anadır. Xahiş edirəm siz hansı ölkəni təmsil etdiyinizi yadınıza salasınız. Öz ölkənizin hərəkətlərini yadınıza salın və bundan sonra mənəvi üstünlük mövqesindən çıxışınızı edin."
Təcili sessiyada, Vitali Çurkin Təhlükəsizlik Şurasına şərqi Hələbdən üsyançı qüvvələrinin və dinc əhalinin Rusiya və Turkiyənin səyləri ilə əldə edilən razılıq nəticəsində təxliyə ediləcəyini bildirib.
Təxliyənin başlanması yerli vaxtla saat 03:00-ə təyin edilsə də, yeni hökumətin tələblərinə görə təxirə salınıb. Lakin atəşkəs rejimi hələ də qüvvədədir.
Şərhlər