Ekspertlər: Rusiya-NATO qarşıdurması - 2017-ci ilin əsas təhlükəsidir

14.12.2016 17:52     Dünyadan reaksiya     1166

Rusiya ilə NATO arasında mümkün münaqişə gələn il Amerikaya hədə yaradan ən böyük təhlükədir, belə nəticəyə Beynəlxalq Əlaqələr Şurasının (Council on Foreign Relations - CFR) sorğusunda iştirak edən ekspertlər gəlib.

Ekspertlərə əsasən Rusiyanın Şərqi Avropada aqressiv addımları planlaşdırılmış və yaxud da təsadüf nəticəsində münaqişəyə yol aça bilər.

CFR tərəfindən hazırlanan hesabatda belə münaqişənin başlanması ehtimalı orta təhlükəli həddə aid edilir.

Lakin hərbi qarşıdurmanın nəticələrinin dağıdıcı təsirə malik olacağı vurğulanır.

Gələn ilin təhlükələri arasında Şimali Koreya ilə bağlı mümkün nüvə böhranı da nəzərdən keçirilir.

Onun nəticələri nisbətən mötədil təsirə malik hədələrə aid edilir.

Bu təhlükələrlə bağlı Beynəlxalq Əlaqələr Şurası tərəfindən hazırlanan sayca 9-cu hesabatdır.

Beynəlxalq Əlaqələr Şurası ABŞ-ın ən iri və mötəbər analitik mərkəzlərindən biridir.

Şura diplomatik aləmdə nüfuzlu Foreign Affairs dərgisini nəşr edir.

Son hesabatda istifadə edilən sorğuya 500 rəsmi və xarici siyasət üzrə mütəxəssis cəlb olunub.

Şərhlər