Rusiyanı NATO və Şimali Koreya narahat edir

15.12.2016 16:25     Dünyadan reaksiya     1244

NATO-nun Rusiya sərhədləri yaxınlığında güclənməsi və Şimali Koreyanın nüvə proqramının inkişafı Moskvada ciddi narahatlıq yaradı

Axar.az xəbər verir ki, bunu Rusiyada olan xarici səfirliklərin hərbi attaşeləri ilə görüşü zamanı Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib. General Rusiyanı narahat edən digər məsələlər arasında Əfqanıstanda terrorizm aktivliyini artmasını, Yaxın Şərqdəki qeyri-stabilliyi, Liviya, İraq, Yəməndəki konfliktləri və Ukraynadakı böhranı göstərib.

Qeyd edək ki, son bir neçə ay ərzində NATO Şərqi Avropadakı aktivliyini artırıb. Alyans artıq Baltikyanı ölkələr və Polşaya əlavə hərbi qüvvələrini göndərib, eləcə də Rumıniyada raketdən müdafiə sistemlərini yerləşdirib

Şərhlər