Rusiyadan Bəşər Əsədlə bağlı şok açıqlama
15.12.2016 17:10 Dünyadan reaksiya 1512
Rusiyalı rəsmi: "Həm rejim ordusu, həm də iranlı döyüşçülər tərəfimizdən vurulacaq"
Türkiyənin vasitəçiliyi ilə Suriyanın Hələb şəhərində atəşkəs elan edilməsinə baxmayaraq, Bəşər Əsədə bağlı ordu birlikləri və İrandan olan milis dəstələrinin bu atəşkəsi pozması Moskvanı hiddətləndirib. Sputnik Əl Cəzirə-yə istinadən xəbər verir ki, rəsmi Kreml bu hal təkrarlanacağı təqdirdə, Əsəd rejimi və İrana bağlı qüvvələrə zərbə endirməklə hədələyib.
"Atəşkəsin elan olunmasından sonra yaralıları və sivil insanları Hələbdən daşıyan konvoya Əsədə bağlı əsgərlər və iranlı silahlılar tərəfindən atəş açıldığı xəbərləri yayılmaqdadır. Bu hal bir daha yaşanacağı təqdirdə, həm rejim ordusu, həm də iranlı döyüşçülər tərəfimizdən vurulacaq", — adının açıqlanmasını istəməyən rusiyalı rəsmi Əl-Cəzirəyə açıqlama verib.
Qeyd edək ki, son iki gündür Hələbdəki atəşkəslə bağlı Rusiya və İran arasında anlaşmazlıqlar yaşanmaqdadır. Rusiya atəşkəsə tam əməl olunmasını istəsə də, iranlı milis dəstələri və Əsədə bağlı əsgərlər sivilləri və müxalifləri öldürməkdə davam edir.
Şərhlər