Rusiya ilə Yaponiya arasında tarixi sülhə az qalıb

17.12.2016 13:28     Dünyadan reaksiya     1013

İkinci Dünya Müharibəsindən sonra bu iki ölkə arasında sülh sazişi imzalanmayıb

"Yaponiya tərəfi ilə ölkələrimiz arasında sülhün əldə edilməsinin mümkünlüyü və ticari əməkdaşlıq mövzularını müzakirə etdik".

Sputnik xəbər verir ki, bunu Tokioda səfərdə olan Rusiya prezidenti Vladimir Putin, yaponiyalı həmkarı Şinzo Abe ilə görüşdən sonra, jurnalistlərə açıqlamasında deyib. Öz növbəsində Şinzo Abe qeyd edib ki, Rusiya və Yaponiya birgə fəaliyyət planı üzərində razılıq əldə edib.

Qeyd edək ki, Yaponiya hökuməti sülhə dair razılıq əldə olunması üçün, hazırda Rusiya ərazisi sayılan Kuril adalarının cənubunda yerləşən 4 adanın geri qaytarılması şərtini irəli sürür. Moskva isə hesab edir ki, sözügedən adalar İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən, keçmiş SSRİ-yə verilib. Maraqlıdır ki, müharibədən sonra Rusiya ilə Yaponiya arasında həmin adalara görə sülh sazişi imzalanmayıb.

 

Şərhlər