Türkiyənin Rusiyadakı səfirliyinin binasında təhlükəsizlik gücləndirilib
20.12.2016 13:24 Dünyadan reaksiya 1278
Rusiyanın Ankaradakı səfirinin öldürülməsindən sonra Türkiyənin Moskvadakı diplomatik nümayəndəliyinin binasında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Səfirliyi hazırda polis əməkdaşları mühafizə edir.
Diplomatik nümayəndəliyinin binasının qarşısında gül və şamlar düzülüb.
Şərhlər