Dövlət departamenti Suriya nizamlanmasında ABŞ-ın lider olduğunu xatırladıb

21.12.2016 11:49     Dünyadan reaksiya     1376

Vaşinqton “Moskva, Tehran və Ankaranın Suriya nizamlanmasında birgə addımları ilə bağlı ABŞ bu istiqamətdə liderliyini itirir” kimi fikirlərlə razı deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə kimi, bunu brifinqdə Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.    

 

“Biz diplomatik  arenada əvvəlki kimi fəalıq. Üç dövlət (Rusiya, Türkiyə, İran – red.) Moskvada toplaşırsa, bu heçdə o demək deyil ki, ABŞ artıq liderliyini itirib. Bu o demək deyil ki, Amerika diplomatiyası boş, etibarsızdır və artıq daha geniş səylərin tərkib hissəsi deyil”, - deyə Kirbi jurnalistin müvafiq sualına cavabında bildirib.         

 

Onun sözlərinə görə, ABŞ sülh nizamlanmasında istənilən səyləri dəstəkləyir, lakin tərəflər  danışıqların nəticəsini kağız üzərində təsdiqləməkdənsə, daha çox praktikada reallaşdırılmasına səy göstərməlidirlər.  

 

“Bizi kənarlaşdırmayıblar”, - deyə Kirbi əlavə edərək, ABŞ-ın Suriya üzrə çoxtərəfli formatlarda iştirak etdiyini xatırladıb.    

Şərhlər