ABŞ-da inaqurasiyaya hazırlıqlar gedir

21.12.2016 13:21     Dünyadan reaksiya     1076

Amerika demokratiyasının əsas əlamətlərindən biri hakimiyyətin dinc yolla vəzifədən gedən prezidentdən sələfinə ötürülməsidir. Paytaxt Vaşinqtonu bütün dünya tərəfindən izlənəcək parad məkanına çevirmək illərlə aparılan planlaşdırmaya əsaslanır.

Ordu başçıları bu böyük günə "DC Armory" adlı arenada iri bir xəritə ilə hazırlaşırlar.
 
“Biz Kapitoli ətrafında çox kiçik bir yerdə və qısa zaman ərzində heç bir uğursuzluğa uğramadan çox şeyi həll etməliyik.”
 
Bu xəritə Vaşinqton şəhərinin kiçik versiyasıdır.
 
Burada ölkənin hər bir yerindən rəsmilər Amerikanın 58-ci inaqurasiyası üçün paradın marşrutunu planlaşdırırlar.
 
Məşq üçün Silahlı Qüvvələr Vaşinqtonun 12yə 18 metrlik xərtəsindən istifadə edirlər. Bu xəritədə paradın marşrutu və hərbi, federal və yerli rəsmilərin yer alacağı logistik vəziyyət qeyd olunur.
 
“Biz ordu olaraq şəhərdə birlikdə işləyəcəyimiz digər federal agentliklərlə əməkdaşlıq edəcəyimizə həyəcanlıyıq.”
 
“40 ştatdan təxminən 7-8 min əsgər gələcək. Ona görə də biz onların bura gəlib, burdan İnaqurasiya günü öz missiyalarını yerinə yetirəcəkləri yerə aparıb və 72 satat ərzində öz ştatlarına geri göndərməliyik.”
 
Adətən yanvar ayı Vaşinqtonda soyuq keçir, havanın temperaturu 0 dərəcəyə yaxın olur ki, bu da hakimiyyətin ötürülməsini daha da asanlaşdırır.
 
“Ordu üzvlərinin orada lazım olduğundan çox saxlanılmasına lüzum yoxdur.”
 
İnaqurasiya cümə günü yanvarın 20-də baş tutacaq. Vaşinqtonda cümə günləri nisbətən sakitlik olur. Amma unikal bir prezidentin seçilməsi ilə həmin gün kağız üzərində cızılan planları dəyişə bilər ("Amerikanın səsi").
 
 
 
 
 

Şərhlər