Rusiya səfirini qətlə yetirənin yaxınları sərbəst buraxıldı

22.12.2016 13:32     Dünyadan reaksiya     1069

Rusiya səfiri Karlovu qətlə yetirən Mövlud Mərd Altıntaşın polis tərəfindən saxlanılan anası, atası, bacısı və 3 qohumu dindirildikdən sonra sərbəst buraxılıb.

Avropa.info xəbər verir ki, polis zabiti Mövlud Mərdin Karlovun öldürülməsi ilə bağlı istintaq çərçivəsində saxlanılan yaxınları sərbəst buraxılıb.
 
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mövlud Mərdin anası Həmidiyyə Altıntaş, atası İsrafil Altıntaş, ögey bacısı Səhər Ö. Altıntaş, dayıları Həsən F. və Hüseyn F. ilə dayısının həyat yoldaşı Sevinc F. Aydın vilayətinin Terrorla Mübarizə İdarəsi tərəfindən saxlanmışdılar.
 
Şübhəlilərin ifadələri alındıqdan sonra prokurorluğun təlimatıyla sərbəst buraxılıb.
 

Şərhlər