Jirinovski Türkiyəyə səfir göndərilir - Çağırış

22.12.2016 18:23     Dünyadan reaksiya     1237

Rusiyanın “Milli Komitə+60” təşkilatının aktivistləri Prezident Vladimir Putinə məktub ünvanlayaraq Vladimir Jirinovskinin Türkiyəyə səfir təyin edilməsi üçün çağırış ediblər.

Axar.az xəbər verir ki, müraciətdə aktivistlər siyasətçiyə həmçinin Suriya məsələsi üzrə prezidentin xüsusi nümayəndəsi statusunun verilməsini də istəyiblər:

“Suriyadakı fövqəladə vəziyyət Vladimir Jirinovski kimi mütəxəssisin orada olmasını tələb edir. Təəssüf ki, Yevgeni Primakovun ölümündən sonra bizim bu miqyasda mütəxəssisimiz qalmayıb. Xarici İşlər naziri Sergey Lavrov isə fiziki cəhətdən Yaxın Şərqin bütün problemlərinin öhdəsindən təkbaşına gələ bilməz”.

Şərhlər