Merkelin daxili işlər mütəxəssisi istefa verib

24.07.2015 18:02     Dünyadan reaksiya     2135

 

Almaniyada federal koalisiya hökumətinin böyük ortağı baş nazir Angela Merkelin partiyası CDU - dan Wolfgang Bosbach Yunanıstana yeni kredit üçün təklifin irəli sürülməsinə etiraz əlaməti olaraq Federal Parlamentin Daxili İşlər Komissiyasının sədri vəzifəsindən istefa verib.

Şimali Reyn-Westfalya Rheinische-Bergisch bölgəsindən seçilən Bosbach deputatlığından istefa etmədiyini bildirib. Əyalət qubernatorluğu Bosbachdan Berlindəki bölgə nümayəndəliyi vəzifəsinə davam etməsini istəyib.

Mediadakı tolk şou proqramlarında tez-tez xalqın qarşısına çıxan Bosbach son günlərdə Yunanıstana milyardlarla avroluq yeni kredit yardımlarının verilməsi planlarını sərt bir dillə tənqid edərək, kreditlərin təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.

Yunanıstanın kreditləri vaxtında və tamamilə ödəyəcəyinə şübhə etdiyini ifadə edən Bosbach Alman vergi ödəyicilərinə yüklənən riskin çox böyük olduğunu düşünür.

1994-ci ildən etibarən Federal Parlamentin deputatı olan Bosbach 2009-ci ilə kimi Xristian Demokratlar Birliyi CDU / CSU - nun məclis qrup rəhbəri vəzifəsini də icra edib. Federal Parlamentin Daxili İşlər Komissiyasının sədri vəzifəsində olanda o, bəzən ölkənin Federal Daxili İşlər naziri kimi hərəkət edirdi.

Şərhlər