Şərhçi: Müttəfiq ölkələrin başçılarını terror aktlarından sonra Türkiyədə görə bilmədiyimiz kimi, qardaş olaraq bildiyimiz Ərəb ölkələrin liderlərini də yanımızda görə bilmirik
Təkcə son 10 gündə bir neçə mənfur terror aktı ilə üzləşdik. Öncə Kayseridə PKK-nın xain hücumunda 13 əsgərimizi şəhid verdik, 55 vətən övladı yaralandı. Sonra Ankarada rus səfir Andrey Karlov sui-qəsdə qurban getdi. Türkiyəyə mesaj verməyə çalışan qaranlıq güclər himayə etdikləri terror təşkilatlarına qanlı addım atdırdılar. Ancaq bu addımların heç biri Türkiyəni diz çökdürməyəcək, irəliləyişini durdura bilməyəcək, verəcəyi qərarlardan döndürməyəcəkdir.
Həyata keçirilən bu terror aktlarının əsas hədəfi ölkədə qarşıdurma və xaos yaratmaqdır. Bu partlayışları Gəzi parkı hadisələrindən, 15 iyul çevrilişə cəhddən və ölkədə son günlər yaradılmaq istənən iqtisadi dalğalanmalardan ayrı düşünməmək lazımdır. Gün birlik və qardaş olma günüdür. Çiyin-çiyinə verərək, həmrəylik içərisində olunmalıdır. İctimai razılığı təmin etməyə çalışmalı, qarşıdurma və etnik ayrı-seçkilikdən uzaq durulmalıdır. Terrora qarşı birlik nümayiş edilməli, reaksiyasız da qalınmamalıdır. Terror, üzərində ciddi durulması və təqib edilməsi lazım olan bir mövzudur. Müttəfiq ölkələrin başçılarını terror aktlarından sonra Türkiyədə görə bilmədiyimiz kimi, qardaş olaraq bildiyimiz Ərəb ölkələrin liderlərini də yanımızda görə bilmirik. Terror təşkilatları ilə mübarizədə Türkiyənin yalnız buraxıldığını, məsələyə ciddi yanaşılmadığını müşahidə edirik. Həmişə olduğu kimi göbəyimizi özümüz kəsir, yaralarımızı da təkbaşımıza sarırıq. Cənub şərqdəki vətəndaşlarımızın PKK terror təşkilatı ilə arasına məsafə qoyması çox vacibdir. Terrorçulara qarşı səslərini daha yüksəkdən çıxarmalı, ziyalısı, bölgədəki qeyri-hökumət təşkilatları ilə reaksiyalarını göstərməlidirlər. Çünki baş verənləri film kimi seyr etmək heç kimin həyatını yaxşılaşdırmayacaq, həyat keyfiyyətini artırmayacaqdır. Müxalifət partiyalarının siyasi və ictimai həyata yanaşmaları, həll yolları fərqli ola bilər. Ancaq terror məsələsində eynilə Milliyyətçi Hərəkat Partiyası kimi nümunəvi duruş sərgilənməlidir. Qaranlıq güclər Türkiyənin bölünüb parçalanması üçün mübarizə apararkən, sadəcə hökumətdən həll gözləmək və onu öhdəlik altına qoymaq axmaqlıqdır. Vətənini sevən hər kəsin əlini daşın altına qoyması və dövlətinə yardımçı olması lazımdır. Artıq terrorla mübarizədə yeni bir təhlükəsizlik anlayışının gündəmə gəlməsi lazımdır. Bir tərəfdən hüquqa söykənərək demokratiyanın tələblərini yerinə yetirib, digər tərəfdən terrorla mübarizə aparmaq çox çətindir. Xalqın gözləntiləri arasında yer alan edam cəzasının geri gətirilməsi, terrorla mübarizədə önəmli bir faktor olacaq. Terrorla mübarizə yolları genişlədilməli, terrorçunun olduğu və gəldiyi yerlərə əməliyyatlar edilməli, terrora dəstək verən, qucaq açan ölkələrə qarşı münasibət dəyişilməli, əlaqələr yenidən nəzərdən keçirilməli və təzyiq edilməlidir. Hadisələri tribunalardan izləmək və ciddi addım atmamaq vətənə edilə biləcək ən böyük xəyanət olacaq. Çünki heç kimin qədəri, vətənə gələcək zərərdən kənarda qalmayacaq. Polisimizə, əsgərimizə atılan hər güllə, partlayan hər bomba əslində millətimizə sıxılmış və atılmışdır. Çünki hamımız eyni gəmidəyik. Ya bu gəmini cəmiyyət olaraq birlikdə hərəkətə gətirəcək, ya da gələn dalğalar qarşısında yox olacaq, darmadağın olacağıq.
Şərhlər