Əfqanıstanda "Taliban"çılar məhv edildi

26.12.2016 08:18     Dünyadan reaksiya     1110

Əfqanıstanın şimalında ordu qüvvələri ilə “Taliban” silahlıları arasında atışma baş verib

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Şibarqan şəhəri yaxınlığında baş verən qarşıdurmada 5 silahlı məhv edilib, daha 5-i yaralanıb. Məlumata əsasən, atışma silahlıların nəzarət-keçid məntəqəsinə hücumundan sonra baş verib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. “Taliban” hərəkatı insidentlə bağlı hələ ki, açıqlama verməyib.

Şərhlər

Çox oxunanlar