ABŞ-dan maraqlı açıqlama: "Türkiyəni itirdik"
28.12.2016 13:17 Dünyadan reaksiya 1197
Robert Baer: "PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə verdiyimiz siyasi və hərbi dəstək Türkiyəni bezdirdi və bizdən uzaqlaşdırdı"
ABŞ mərkəzi kəşfiyyatının keçmiş agenti Robert Baer, ölkəsinin səhvi ucbatından Türkiyənin Amerikadan bezərək qopduğunu deyib. Sputnik-in xəbərinə görə, Ankara-Vaşinqton əlaqələrinin hazırki vəziyyətini CNN-ə dəyərləndirən keçmiş agent deyib ki, Amerika Suriyada artıq təsirini itirib.
"Amerika-Türkiyə münasibətlərinin düşdüyü vəziyyət heç də bizim xeyrimizə deyil. PKK terror təşkilatının Suriyadakı qolu PYD-yə verdiyimiz siyasi və hərbi dəstək Türkiyəni bezdirdi və ABŞ-dan uzaqlaşdırdı. Nəticədə Suriya masasında istənilməyən ölkəyə çevrildik. Moskvada İran, Türkiyə və Rusiya arasında keçirilən Suriya masasına çağırılmadıq, bu da onu göstərir ki, bizim bu məsələyə dəxilimiz qalmayıb." — Baer bildirib. Robert Baer sonda qeyd edib ki, Obama administrasiyasının Suriya siyasəti heç cür düzgün deyildi və Amerikanın maraqlarına sarsılmaz zərbə vurub.
Şərhlər