Ərdoğan ABŞ-ın terrorçulara dəstəyini qəbuledilməz adlandırıb

29.12.2016 15:08     Dünyadan reaksiya     1220

ABŞ tərəfindən YPG terror təşkilatının silahla təchiz olunması qəbuledilməzdir. Trend-in NTV telekanalına istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, Türkiyə terrorçulara qarşı mübarizədə NATO ölkələrindən heç bir dəstək görmür.

Ərdoğan deyib: “Qərb utanmadan yalan deyir ki, Türkiyə İŞİD terror təşkilatını dəstəkləyir. Əslində isə Türkiyə İŞİD-ə qarşı genişmiqyaslı mübarizə aparır”.

Ərdoğan qeyd edib ki, müxalif Azad Suriya Ordusunu (ASO) terror təşkilatları sırasına daxil etmək olmaz. O, Türkiyənin ASO-nu dəstəkləməkdə davam edəcəyini bildirib.

Şərhlər