Bəşər Əsəd vəzifəsini təhvil verir

29.12.2016 15:22     Dünyadan reaksiya     1065

Rusiyadan mühüm açıqlama: "Əsəd vəzifəsini başqa bir Suriya ələvisinə ötürəcək"

"Bəşər Əsəd növbəti seçkilərdə vəzifəsini başqa bir suriyalı ələvi siyasətçiyə təhvil verəcək". Sputnik Haberler-ə istinadən məlumat verir ki, bu sensasiyalı açıqlamanı, Rusiya Beynəlxalq Əlaqələr Şurasının Baş Direktoru Andrey Kortunov "Reuters"ə verib.

"Növbəti seçkiyə qədər Əsəd vəzifəsinin başında olacaq, daha sonra vəzifəsini başqa bir Suriya ələvisinə ötürəcək", — Kortunov bildirib. O, növbəti namizədin axtarışı ilə bağlı prosesin başladığını, hətta bir neçə nəfərin adının ortaya atıldığını əlavə edib.

 

Şərhlər

Çox oxunanlar