Tramp kəşfiyyat nümayəndələri ilə görüşmək niyyətindədir

30.12.2016 10:27     Dünyadan reaksiya     1069

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin kəşfiyyat qurumlarının rəhbərləri  ilə görüşmək niyyətində olduğunu bildirib.Apa-nın  “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Trampın qərargahının məlumatında bildirilir.

 

“Ölkəmizin və onun gözəl sakinlərinin maraqları naminə, vəziyyətlə əlaqədar daim məlumatlı olmaq üçün  mən gələn həftə  kəşfiyyat qurumlarının rəhbərləri  ilə görüşəcəyəm”, - deyə məlumatda bildirilir.   

 

Qeyd edək ki, ABŞ Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.

 

Bundan əvvəl ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib. 

Şərhlər