Moskvada İŞİD əməliyyatı: 20 nəfər həbs olunub
25.07.2015 10:51 Dünyadan reaksiya 2128

Moskva vilayətinin Balaşıxa şəhərində İŞİD təşkilatı ilə əlaqəli olduğundan şübhələnilən 20 nəfər həbs olunub.
Rusiya təhlükəsizlik qüvvələrindən olan etibarlı mənbə gələn bir məlumatdan sonra Moskva vilayətinin Balaşıxa şəhərində bir binanın girişində yerləşən məscidə edilən basqında Şimali Qafqaziya və Asiya ölkələrindən gələn 20 nəfərin həbs olunduğunu bildirib.
Mənbə bildirib ki, hazırda həmin şəxslərin radikal qruplarla əlaqələri araşdırılır.
Əməliyyatın təsdiq edən Moskva regional Təhlükəsizlik idarəsi hadisəni təsdiqləyib.
Peskov: Bütün xüsusi dəstələrə tapşırıq verilib
Kremlin sözçüsü Dmitriy Peskov Federal Təhlükəsizlik Xidməti (FSB) ilə ölkənin digər xüsusi xidmətlərinə vətəndaşların Rusiyada qadağan olunan terror təşkilatı İŞİD -ə qoşulmalarına. ilə əlaqədar vəziyyətə davamlı nəzarət etdiyini söyləyib.
Şərhlər