Qazaxıstan BMT TŞ-nın qeyri-daimi üzvü oldu
02.01.2017 11:13 Dünyadan reaksiya 1055
Qazaxıstan yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu.
Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, beləliklə, Qazaxıstan Mərkəzi Asiyada BMT TŞ-in üzvü olan ilk ölkə oldu.
Qeyd edək ki, 28 iyun tarixində BMT-nın baş assambleyası 2017-2018-ci illər üçün Qazaxıstanı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib.
BMT Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Böyük britaniya, Çin, Fransa, Rusiya Federasiyası və ABŞ TŞ-nın daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvün 5-i əvəz olunur.
Şərhlər