Obama yanvarın 10-da xalqa müraciətlə çıxış edəcək
02.01.2017 19:38 Dünyadan reaksiya 1311
ABŞ prezidenti Barak Obamayanvarın 10-da Çikaqo şəhərindəvida müraciəti ilə çıxış edəcək.
Bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.
“Mənim üçün bu müraciət gözəl səyahətə görə sizə təşəkkür etmək, son səkkiz il ərzində ölkəni yaxşılığa doğru dəyişdiyiniz üçün seçdiyiniz yolları qeyd etmək və bundan sonra ölkəmizin hara gedəcəyinə dair bəzi fikirləri səsləndirmək üçün gözəl fürsətdir", - deyə Obama bildirib.
Qeyd edək ki, ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də səlahiyyətlərin icrasına başlayacaq. O, Obamanın daxili siyasətə aid bir çox təşəbbüslərinin üstündən xətt çəkəcəyini açıqlayıb.
Şərhlər