"Arzuolunmaz" elan edilmiş Rusiya diplomatları Moskvaya qayıdıb

02.01.2017 19:47     Dünyadan reaksiya     1287

ABŞ-dan geri göndərilmiş Rusiya diplomatlarını daşıyan təyyarə Moskvaya çatıb.

Onları prezident və hökumət üzvlərinə xidmət göstərən rəsmi "Rusiya" aviaşirkətinin xüsusi reysi gətirib.

ABŞ-dakı Rusiya qurumlarının 35 əməkdaşı cümə axşamı "arzuolunmaz şəxslər" elan edilib. Onlar və onların ailə üzvləri - cəmi 96 nəfər - 72 saat ərzində AB-ı tərk etməli idi.

"Yeni il ərəfəsi onlar [göndərilənlər əməkdaşlar] yuxusuz və istirahət etmədən baqajlarını qablaşdırıblar, paralel olaraq köçərkən istər-istəməz başqa məişət öhdəliklərinə diqqət verməli olublar", Rusiyanın ABŞ-dakı səfirliyinin əməkdaşı Yuri Melnik Facebook-da yazıb.

Vaşinqtonda Rusiya səfirliyiImage copyrightAFP
Image captionRusiyanın Vaşinqton səfirliyi 31 əməkdaşını itirib

Vaşinqton 29 dekabrda ABŞ-da seçki kampaniyası zamanı edilən kiberhücumlarla bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini elan edib.

Sanksiya siyahısında altı mülki şəxsin və beş qurumun - Rusiyanın Fövqəladə Hallar Nazirliyi və Hərbi Kəşfiyyat İdarəsinin və xüsusilə onun rəhbəri İroq Korobov və müavinlərinin adı var.

Bundan başqa, ABŞ hökuməti rusiyalı diplomatlara iki şəhərkənarı iqamətgaha getməyi qadağan edib. ABŞ tərəfi bu iqamətgahların kəşfiyyat əməliyyatları üçün istifadə olunduğunu bildirib.

Prezident Vladimir Putin, Rusiyanın, diplomatiya təcrübəsində belə hallar olsa da, ABŞ-a simmetrik cavab verməyəcəyini bildirib.

Kremlin saytında dərc olunmuş məlumatda bildirilir ki, bütün amerikalı diplomatlar Rusiyada qala və onların uşaqları isə Kremldə yolka şənliyinə qatıla bilərlər.

Putin öz qərarını "mətbəx" diplomatiyasına qədər enmək istəməməsi ilə izah edib.

Yanvarın 20-də vəzifəsinə başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump Putinin bu addımını "çox ağıllı" adlandırıb.

Reaksiya.az

Şərhlər