Çin polisi, "300 Spartalı"ya qan uddurub
25.07.2015 11:10 Dünyadan reaksiya 2025

Çinin paytaxtı Pekində bir salat firmasının reklamını etmək məqsədi ilə Spartalı əsgər paltarı geyən yarı çılpaq kişi modellər polis tərəfindən həbs olunub.
Dəri şortik, dəbilqə və səndəl geyinən yarı çılpaq təxminən 40 "Spartalı model", Pekinin mərkəzində cəmləşən xalqa reklamını etdikləri restoranın yeməklərini təqdim ediblər. Ancaq reklam nümayişi çox keçmədən polis tərəfindən dağıdılıb.
Spartalıların kostyumlarını geyinş modellər yarı çılpaq geyimləri ucbatından ictimia asayişi pozduqlarına və ətraf mühitə narahat etdiklərinə görə Çin polisi tərəfindən həbs olunublar. Əllərində silah yerinə yemək və içki olan "Spartalılar" isə polisə elə də müqavimət göstərməyiblər.
Dünən gecədən bu hadisə sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib
Şərhlər