Tramp Şimali Koreyanın nüvə raketi yarada bilməyəcəyini bəyan edib

03.01.2017 13:09     Dünyadan reaksiya     1372

ABŞ-nın yeni seçilmiş prezidenti  Donlad  Tramp Koreya Xalq  Demokratik Respublikasının (KXDR) qitələralarası nüvə raketi yarada  bilməyəcəyini deyib.

 

Bu barədə Tramp özünün  twitter səhifəsində yazıb.

  

“KXDR bəyan edib ki, ABŞ-a çata biləcək nüvə silahının istehsalının sonuncu  mərhələsindədir. Bu, baş verməyəcək”.

 

 

KXDR lideri Kim Çen In xalqına  ünvanlandığı Yeni il müraciətində bildirib ki, ABŞ ölkəsinə qarşı təcavüzkar siyasətə son qoymayanadək hərbi potensialını gücləndirəcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar