Rusiya Kuril adalarındakı hərbi birliklərini yenidən silahlandırır

25.07.2015 11:20     Dünyadan reaksiya     2171

 
Rusiyanın ölkənin şərqində yerləşən Kuril Adalarındakı hərbi qüvvələrini yenidən silahlandıracağı xəbəri yayılıb
Müdafiə naziri Sergey Şoyqu paytaxt Moskvadakı bir toplantıda bildirib ki, Kuril adalarında yerləşən Şərq Hərbi Bölgəsindəki hərbi birlikləri yeni silahlandırmağı düşünürlər. Bu proses isə sentyabrda tamamlanacaq.
Kuril adalarındakı hərbi qüvvələrin yenidən silahlandırılmasının Rusiya ordusunda 2008-ci ildən etibarən davam edən müasirləşdirmə prosesinin bir hissəsi olduğu vurğulanıb. Digər tərəfdən bu addım Kuril adalarının aidiyyəti mövzusunda Rusiya və Yaponiya arasında müzakirələrin davam etdiyi bir dövrdə atılıb. İki ölkə adalar məsələsindəki anlaşılmazlıq ucbatından İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi imzalamamışdı.

Şərhlər