Vali: İzmirdəki terror aktının arxasında PKK dayanır

05.01.2017 21:51     Dünyadan reaksiya     1151

İzmirdə baş verən terror aktının arxasında ilkin ehtimala görə, PKK terror təşkilatı dayanır.

Trend NTV telekanalına istinadən xəbər verir ki, bu barədə şəhər valisi Erol Ayyıldız deyib.

Onun sözlərinə görə, terrorçular polis postunda avtomobili yoxlamaq istəyən zaman polislərə hücum ediblər:

"Polis terrorçuların olduğu avtomobili yoxlamaq istəyib. Bu zaman onlar atəş açıblar və atışma müddətində avtomobili partladıblar".

Qeyd edək ki, İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində bir polis və bir məhkəmə işçisi ölüb, 10 nəfər xəsarət alıb.

Reaksiya.az

 

Şərhlər