İraq prezidenti razılıq verdi - Nüvə proqramı bərpa olunur

11.01.2017 12:44     Dünyadan reaksiya     1115

İraq prezidenti Fuad Məsum nüvə proqramının dinc məqsədlər üçün bərpa olunmasına razılıq verib. Trend-in məlumatına görə, bu barədə İraq Prezidenti Administrasiyasının məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, İraqın nüvə proqramının bərpa olunması Beynəlxalq Atom Energetikası Agentliyinin prinsiplərinə tam cavab verir.

Bundan başqa bildirilir ki, ölkədə nüvə proqramının icrasına nəzarət olunması məqsədilə xüsusi komissiyanın yaradıılması planlaşdırılır.

Qeyd edək ki, İraq nüvə proqramı 2003-cü ildə koalisiya qoşunlarının müdaxilə zamanı dayandırılmışdı.

Reaksiya.az

Şərhlər