Ərdoğan: “Türk əsgəri geri çəkilməyəcək”

13.01.2017 17:35     Dünyadan reaksiya     1309

“Türk əsgərinin geri çəkilməsi müzakirə mövzusu deyil”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsi üzrə Cenevrədə keçirilən müzakirələri şərh edərkən deyib.

Dünən Cenevrədə Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfrans işə başlayıb. Məsləhətləşmələrin birinci günü qarant ölkələrin - Türkiyə, Yunanıstan və Böyük Britaniyanın xarici işlər nazirləri səviyyəsində keçirilib. Konfransdan əvvəl Kiprin türk və yunan icmalarının liderləri Mustafa Akıncı və Nikos Anastasiadis iki günlük danışıqlar aparıblar.

Tərəflər gələcək federativ respublikanın icmalar arasında ərazi bölgüsünü nəzərdə tutan xəritələri mübadilə ediblər. İndi onları razılaşdırmaq qalır. Lakin bu proses asan olmayacaq. Belə ki, türk tərəfi ada ərazisinin 29,2 faizinin onlara aid olduğunu hesab etsə də, yunan tərəfinin versiyasına görə, türklərə yalnız 28,2 faiz ərazi ayrılmalıdır. Xatırladaq ki, hazırda türklərin nəzarətində olan ərazi adanın 37 faizini təşkil edir.

Türkiyə Kipr müzakirələrində şərtlərini açıqlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, bunlar təminatçılığın qorunması, həll məsələsində Avropa İttifaqı hüququna istinad edilməsi və Türkiyə vətəndaşlarının Kiprdə Avropa İttifaqı vətəndaşı haqlarına sahib olmağı ilə əlaqədardır.

Yunanıstan və Cənubi Kipr həmçinin adadakı türk hərbçilərinin anlaşmanın imzalanması anında 75 faizinin, digər hissəsinin isə tədricən çıxarılmasını tələb edir.

Reaksiya. az

Şərhlər