Hökumət adamlarının olduğu oteldə terakt: 12 ölü, 25 yaralı
25.01.2017 13:04 Dünyadan reaksiya 1271
Somalinin paytaxtı Moqadişodakı otellərdən birində terror törədilib.
Axar.az xəbər verir ki, terakt nəticəsində 12 nəfər ölüb, 25 nəfər yaralanıb. Partlayış baş verən zaman oteldə hökumət nümayəndələrinin olduğu bildirilir.
Məlumata görə, cinayətkarlar terroru bomba yüklənmiş iki maşınla həyata keçiriblər.
Hadisədən bir müddət sonra Əş-Şabab terror təşkilatı teraktın məsuliyyətini öz üzərinə götürüb.
Reaksiya. az
Şərhlər