Olland FARK liderləri ilə görüşdü
25.01.2017 13:36 Dünyadan reaksiya 1120
Fransa Prezidenti Fransua Olland Kolumbiya sol radikal FARK qruplaşmasının liderləri ilə görüşüb.
Görüşdə Kolumbiya Prezidenti Xuan Manuel Santos da iştirak edib. Olland həmçinin rəsmi Parisin Kolumbiya ərazilərinin minadan təmizlənməsini maliyyələşdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə Kolumbiya hökuməti FARK terror təşkilatı ilə sülh müqaviləsi imzalayıb.
FARK-la hökumət qüvvələri arasında savaş 1964-cü ildən bu yana davam edir. Bu savaş indiyə qədər 250 min nəfərin ölümünə səbəb olub, 6 milyon nəfər evindən didərgin düşüb.
Reaksiya. az
Şərhlər