Avtomobillərə partlayıcı qurğu yerləşdirib Türkiyəyə göndərən 3 qardaş ələ keçdi

27.01.2017 14:13     Dünyadan reaksiya     1174

İraqda İŞİD-in avtomobillərinə partlayıcı qurğu yerləşdirərək Türkiyəyə göndərən 3 İraq əsilli şəxs Sakarya polisi tərəfindən saxlanılıb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, Mosul şəhərində partlayıcı qurğular istehsal edən və İŞİD terror qruplaşmasına məxsus avtomobillərə həmin partlayıcı vasitələri yerləşdirərək Türkiyəyə göndərən 3 qardaşın iki ay əvvəl Türkiyəyə qaçaq yolla girdiyi məlum olub.

Əməliyyat zamanı onlar Samsun vilayətində saxlanılıblar.

Reaksiya. az

Şərhlər