İran Pakistanla qaz kəmərinin çəkilişi ilə bağlı sazişi ləğv edə bilər

28.01.2017 11:52     Dünyadan reaksiya     1193

İran Pakistanla qaz kəmərinin çəkilişi ilə bağlı sazişi ləğv edə bilər.

Trend-in məlumatına görə, İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza Əraği bunun tikinti işlərinin uzanması ilə əlaqədar olduğunu deyib.

Onun sözlərinə görə, hazırda danışıqlar masasında 3 variant mövcuddur: indiki vəziyyətin saxlanılması; İran-Pakistan qaz kəmərinin reallaşdırılması üçün yeni yolların tapılması və ya sazişin ləğv edilməsi.

Qeyd edək ki, İranla Pakistan prezident Mahmud Əhmədinejadın dövründə sutkada 22 milyon qazın ixracı barədə saziş imzalamışdı. Lakin daha sonra sanksiyalarla əlaqədar layihənin icrası ləngimişdi.

Reaksiya. az

Şərhlər