ABŞ-dan Özbəkistanı "gizli gündəmlə" ziyarət

25.07.2015 13:39     Dünyadan reaksiya     2372

 
ABŞ xarici işlər rəsmisi Richard Hougland Özbəkistanı ziyarət edib, özbək rəsmilər ziyarətin səbəbini açıqlamayıblar
ABŞ Xarici İşlər Nazirliyi Cənubi və Orta Asiya bölgələrindən məsul məsləhətçisinin müşaviri Richard Hougland Özbəkistanın paytaxtı Daşkəndi ziyarət edib.
Özbəkistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bildirdiyinə görə, Hougland Özbək rəsmiləri ilə ikitərəfli məsləhətləşmələrdə iştirak edəcək. Özbək tərəfi müşavirələrdə ələ alınacaq mövzular haqqında tam olaraq məlumat verməyib.
ABŞ Xarici İşlər Nazirliyi məsləhətçisinin müavini son olaraq keçən ilin fevral ayında Özbəkistanı ziyarət etmişdi. Richard Hougland 2003-2010 - cu illərdə Türkmənistan, Tacikistan və Qazaxıstanda ABŞ diplomatik missiyalarını idarə etmişdi.
Özbək müxaliflərə görə ABŞ rəsmisinin Daşkənd səfəri və bu səfər gündəminin gizli tutulması son zamanlarda sıxlaşan rus-özbək əlaqələrinə cavab xüsusiyyəti daşıya bilər.

Şərhlər