Məxfi razılaşma: Suriya üç ölkə arasında bölünür
28.01.2017 15:20 Dünyadan reaksiya 1709
Suriyada strateji və hərbi baxımdan ciddi dəyişikliklər ola bilər.
Axar. az xəbər verir ki, bu iddia ilə MOSSAD-a yaxınlığı ilə seçilən “Debka” portalı çıxış edib.
Sayt Suriyada ABŞ, Rusiya və Türkiyənin təhlükəsizlik bölgələri yaratmaqla bağlı gizli razılaşma əldə etdiklərini bildirib.
Razılaşmaya əsasən üç ölkənin quracağı təhlükəsizlik bölgələrinin sərhədləri onların özləri tərəfindən müəyyənləşdiriləcək. Üstəlik, Suriyaya hərbi nəzarət də Vaşinqton, Moskva və Ankara arasında paylaşdırılacaq. Nəticədə İran ordusu, şiə milislər və Hizbullaha aid güclər Suriyadan çıxarılacaq.
Sayt ABŞ-ın Suriyada iki təhlükəsizlik bölgəsinə sahib olacağını bildirib. Bunlardan biri Fərat çayının şərqindən İraqa sərhədinə qədər uzanacaq. Bu ərazidə məhz kürdlər yerləşiblər. Rusiya isə öz növbəsində Fəratın qərbindən Aralıq dənizinə qədər olan bölgəyə sahiblənəcək. Üstəlik, razılaşmaya əsasən, Türkiyəyə Suriya-Türkiyə sərhədinin 650 kilometr uzunluğunda olan hissəsi və Suriyanın daxilinə doğru uzanan 35-50 kilometrlik ərazi veriləcək. Türkiyə Əl Baba qədər olan əraziyə nəzarət edəcək.
ABŞ-ın nəzarətinə veriləcək ikinci bölgə isə Suriyanın İsrail və İordaniya ilə olan sərhədi olacaq. Nəticədə ABŞ-ın İordaniyadakı 7500 nəfərlik xüsusi təyinatlı qüvvələri Suriyaya yeridiləcək.
Qeyd edək ki, Suriyanın fövqəl və regional dövlərlar arasında nüfuz dairəsinə bölünəcəyi barədə xəbərlər vaxtaşırı yayılır.
Reaksiya. az
Şərhlər