Yeni layihə: Əsəd Moskvanın əleyhinə çıxır

28.01.2017 15:47     Dünyadan reaksiya     1148

Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın hazırladığı yeni konstitusiya layihəsinin bəzi bəndləri ilə razılaşmayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Həyat” qəzeti yayıb. Qəzet Dəməşqin artıq düzəlişləri edərək Moskvaya yolladığını bildirib. Əsəd layihədə, xüsusilə, qanunvericilik funksiyasının prezidentdən alınaraq parlament və hökumətə verilməsinin əleyhdarı olub.
 
Dəməşq həmçinin Suriya Regionlar Assambleyasının da yaradılmasını istəmir.
 
Reaksiya. az

Şərhlər