Kanadada məscidə hücumun terror aktı olduğu açıqlanıb
30.01.2017 13:29 Dünyadan reaksiya 1090
Kanadada məsciddə 5 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktıdır.
Apa-nın RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Kvebek vilayətinin baş naziri Filip Kuyar bildirib.
Yerli KİV hücumda 3 terrorçunun iştirak etdiyini bildirir. Artıq hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi saxlayıb.
Baş nazir F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib.
Ölkənin baş naziri Castin Trüdo isə məsciddə baş verən terror aktını pisləyərək həlak olanların yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 2016-cı ilin Ramazan ayında eyni məscidin qapısına donuz başı atılmışdı.
Reaksiya. az
Şərhlər