ABŞ-da sensasion qətnamə: İrana qarşı müharibə icazəsi

01.02.2017 13:00     Dünyadan reaksiya     1035

Senatorun təklifi artıq Konqresin məlumat bazasına yerləşdirilib

ABŞ-da Nümayəndələr Palatasının Florida ştatından olan senatoru Elsey Hastinqs Konqresə İranla bağlı mühüm qətnamə təqdim edib. Sözügedən qətnamə "İrana qarşı hərbi gücdən istifadəyə icazə" başlığı daşıyır.

Sputnik Azərbaycan Lenta.ru-ya istinadən xəbər verir ki, senatorun təklifi artıq Konqresin məlumat bazasına yerləşdirilib. "İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün lazım gəlsə, ABŞ ordusundan istifadəyə icazə verilsin" — deyə qətnamədə qeyd olunur.

 

Şərhlər

Çox oxunanlar