Ankarada Suriya müxalifətinin nümayəndələri ilə danışıqlar aparılacaq
03.02.2017 12:47 Dünyadan reaksiya 1097
Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçın Ankarada Suriya müxalifətinin nümayəndələri ilə danışıqlar aparacaq.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Türkiyə XİN-dəki mənbə bildirib.
Danışıqlarda Suriya müxalifətinin müzakirələr üzrə ali komitəsinin nümayəndələrinin iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, ötən gün Qazaxıstan Xarici İşlər Nazirliyi Türkiyə, Rusiya və İran rəsmilərinin fevralın 6-da Astanada bir araya gələcəyini bildirib. Görüşün məqsədi Suriyada atəşkəsin rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.
Xatırladaq ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.
Reaksiya. az
Şərhlər