XİN: Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır
03.02.2017 13:25 Dünyadan reaksiya 1095
Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk: "Əsas missiya ictimai dairələrdə münaqişənin sülh yolu ilə həllinin vacibliyinin anlaşılmasına nail olmaqdır”.
M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın və Azərbaycanın sabitliyinə və təhlükəsizliyinə birbaşa təhlükədir.
Reaksiya. az
Şərhlər