Dünya böyük müharibənin bir addımlığında
03.02.2017 14:19 Dünyadan reaksiya 1226
ABŞ-ın yeni rəhbərliyinin qərarları nəticəsində, bəşəriyyət sürətlə faciəli prosesə yaxınlaşır
Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra dünyada yeni müharibə təhlükələri meydana çıxıb. Xüsusilə nüvə sahəsində fəaliyyətlərini sürətləndirən İran və Şimali Koreya ilə bağlı problem aktuallaşıb.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Tehranı hədəf alan Trampın, İrana hərbi müdaxilənin masada olduğunu açıqlamasının ardınca, ABŞ-ın müdafiə naziri Ceyms Mattis Şimali Koreyaya "meydan oxuyub". Mattis Cənubi Koreyanın paytaxtı Seulda Pxenyan rəhbərliyini hədəf alaraq, "əgər Şimali Koreyada nüvə silahından istifadə əmri verilərsə, Amerikadan sarsıdıcı cavab alacaq" deyib
. "ABŞ və müttəfiqlərinə hücum edən istənilən qüvvə məğlub olacaq" — müdafiə naziri əlavə edib. Öz növbəsində prezident Donald Tramp rəsmi "Twitter" hesabından paylaşdığı yazıda, ballistik raket sınaqdan keçirdiyi üçün, İranın davranışlarının nəzarətə götürüldüyünü qeyd edib: "Amerika İranla faciəvi bir müqaviləyə imza atdı. Bu ölkə son nəfəsini verirdi, artıq dağılmaq üzrə idi. Amma ABŞ 150 milyard dollarlıq sazişə imza ataraq onlara həyat verdi".
Tehranın Yaxın Şərqdə tarazlığı pozduğunu deyən Trampın Milli Təhlükəsizlik müşaviri Maykl Flayn isə bildirib ki, "İran, bu razılaşma üçün ABŞ-a minnətdarlıq duymaqdansa, daha da ürəklənmiş görünür". Bununla belə, Pentaqon İranın həyata keçirdiyi ballistik raket sınağının uğursuz alındığını bəyan edib. Lakin rəsmi Tehran, iddiaları rədd edərək, sınağın uğurlu alındığını bildirib.
Digər tərəfdən, Vaşinqton Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) qarşı illərdir tətbiq edilən sanksiyaları yumşaltmağa hazırlaşdığını açıqlayıb.
ABŞ Xəzinə Nazirliyi özəl şirkətlərə FTX ilə bəzi ticarət əməliyyatları aparmağa icazə veriləcəyini açıqlayıb
Qeyd edək ki, FTX-ni hədəf alan sanksiyalar Barak Obama zamanında tətbiq olunub.
Reaksiya. az
Şərhlər