ABŞ müdafiə naziri: “İran dünyada terrorizmin əsas sponsorudur”
04.02.2017 12:33 Dünyadan reaksiya 1119
İran dünyada terrorizmin əsas sponsorudur.
Apa-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib.
Yaponiyada səfərdə olan Ceyms Mattis bu ölkənin müdafiə naziri Tomomi İnada ilə görüşüb.
Yanvarın 21-də ABŞ prezidenti Donald Trampın fərmanı ilə müdafiə naziri postuna təyin edilən 66 yaşlı general C.Mattis 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib. Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub.
Qeyd edək ki, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyaların tətbiqi İranın ballistik raket proqramı və “Hizbullah” qruplaşmasının dəstəkləməsi ilə bağlıdır.
Reaksiya. az
Şərhlər