Tramp-Putin danışığı mediaya sızdı
10.02.2017 12:05 Dünyadan reaksiya 1088
ABŞ administrasiyası Donald Trampın xarici ölkə liderləri ilə telefon danışıqlarının mediaya necə sızmasını araşdırır.
Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser: “Biz vəziyyəti öyrənməyə çalışırıq, çünki şərait ciddi narahatlıq yaradır”, - deye vurğulayıb.
Eğ Ev rəsmisi araşdırmanın necə aparıldığı barədə məlumat verməyib. Ancaq vurğulayıb ki, Tramp bu məlumatların yayılmasından çox narahatdır: “Əlbəttə. Prezident Tramp bundan narahatdır. Çünki informasiya sızması aparılan danışıqları təhlükə altına atır”.
Xatırladaq ki, Trampın Putinlə danışığının bəzi detallarının yayılması, həmçinin Avstraliya baş naziri və Meksika prezidenti ilə sərt danışdığı xəbərləri Ağ Evi narahat edib.
Reaksiya. az
Şərhlər