Kremlin sözçüsü Dmitri Peskov, Suriyanın şimalındakı Əl Bab qəsəbəsində dünən, 3 türk əsgərinin öldürüldüyü rus hava hücumundan əvvəl, vurulacaq nöqtənin koordinatlarının Türkiyə tərəfindən verildiyini söyləyib.
Kremlin sözçüsü Dmitri Peskov, Suriyanın şimalındakı Əl Bab qəsəbəsində dünən, 3 türk əsgərinin öldürüldüyü rus hava hücumundan əvvəl, vurulacaq nöqtənin koordinatlarının Türkiyə tərəfindən verildiyini söyləyib.
Türkiyə ordusu isə Rusiya təyyarələrinə binanı bombalamaq barədə yanlışlıqla məlumat verməsi barədə iddiaları rədd edib.
Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında, "təəssüf ki, ordumuz terrorçulara qarşı hava hücumuna hazırlaşarkən, türk müttəfiqlərimizin verdiyi koordinatları izləyirdi. Həmin koordinatlarda türk əsgərləri olmamalı idi. Bu səbəbdən qəsdsiz hücum baş tutub", deyib.
Ancaq Türkiyə ordusu bildirib ki, əsgərlər binada 10 gün idi ki, mövcud idi və Rusiyaya ordunun mövqeləri barədə məlumat verilmişdi.
Peskov, "Bu, koordinatın təyini mövzusunda bir koordinasiya anlaşılmazlığından ibarətdir. Mən hadisəni belə izah edə bilirəm" deyib.
Türkiyə Silahlı Qüvvələri, Rusiyaya aid bir döyüş təyyarəsinin "Fərat Qalxanı Hərəkatı bölgəsində təsadüfən türk əsgərlərini vurduğunu" açıqlayıb.
Hücumda 3 əsgər dünyasını dəyişib və 11 əsgər yaralanıb.
Peskov dünən verdiyi açıqlamada, "Hadisə, koordinatlarla bağlı Rusiya hava qüvvələrinin içindəki anlaşmazlıqdan qaynaqlanıb" demişdi.
Şərhlər