Qərb Rusiyaya qarşı birləşdi
11.02.2017 13:28 Dünyadan reaksiya 1148
ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların saxlanılmasında eyni mövqeni paylaşırlar.
Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin baş diplomatı Federika Moqerini söyləyib.
“Həm ABŞ, həm də Avropa hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Minsk razılaşması tam yerinə yetirilənə qədər ləğv edilməməlidir. Bizim mövqeyimiz eynidir”, – diplomat deyib.
Qeyd edək ki, Moqerini dünən ABŞ-a səfər edib.
Reaksiya. az
Şərhlər