HƏMAS İrana nümayəndə göndərir

13.02.2017 13:16     Dünyadan reaksiya     1083

HƏMAS İrana nümayəndə heyəti göndərir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında HƏMAS-ın Livandakı nümayəndəsi Əli Berke söyləyib. O, İrana gələcək nümayəndə heyətinin tərkibində yüksək vəzifəli şəxslərin olacağını bildirib.

Qeyd edək ki, HƏMAS-la İran münasibətləri 2011-ci ildə pozulub. Buna İranın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməsi səbəb olub. Məhz bunun ucbatından HƏMAS o zaman Türkiyə ilə yaxınlaşmışdı.

HƏMAS tərkibində bir neçə qruplaşma var. Təşkilatın hərbi qanadı İranla uzun illərə dayanan ənənəvi münasibətini davam etdirir. Təşkilatın rəhbəri və ideoloqu olan Xalid Maşal Türkiyə və Qətərdən böyük dəstək alır.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar