Sərkisyan Qarabağ canilərini bir araya yığdı

18.02.2017 12:15     Dünyadan reaksiya     1649

Azərbaycana qarşı cinayətlər törətmiş “Yerkrapa” “qurultay” keçirir

Ermənistan paytaxtında Karen Dəmirçiyan adına idman-konsert kompleksində “Yerkrapa” Könüllülər İttifaqı”nın 11-ci qurultayı öz işinə başlayıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, qurultayda Ermənistan prezidenti Serj Səriskyan və “Yerkrapa”nın rəhbəri, parlamentin deputatı Manvel Qriqoryan çıxışı nəzərdə tutulub. Toplantıda qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakaryan, Ermənistan parlametinin vitse-spikeri Eduard Şarmazanov, İrəvanın meri Taron Markaryan da iştirak edir. Qurultay “Yerkrapa”dan və Dağlıq Qarabağda başlanan separatçı hərəkatdan bəhs edən filmin nümayişi ilə başlayıb.


Qeyd edək ki, “Yerkrapa” Azərbaycana qarşı cinayətlər törətmiş canilərdən ibarət birləşmədir. Ötən ilin aprel hadisələrindən sonra bu təşkilatın üzvləri toparlanaraq Qarabağa döyüşə yollanmışdılar. Hətta S.Sərkisyan onlara “geri qayıdın” əmri versə də, bu quldur dəstəsi bir müddət əmrə tabe olmaqdan boyun qaçırmışdı. Ermənistandakı parlament seçkiləri ərəfəsində dayaqları zəifləyən S.Sərkisyan bu silahlı bandanın “qurultayı”na qatılmaqla rəqiblərinə meydan oxuyub. Digər tərəfdən “qurultay”ın Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan 20 fevral “referendumu” ərəfəsində, Qarabağ canilərinin də iştirakı ilə reallaşdırılması şübhəsiz ki, erməniləri bu qanunsuzluqlara son qoymağa çağıran ölkələrə və təşkilatlara qarşı mesaj xarakteri daşıyır.

 

Reaksiya.az

Şərhlər