Kreml Gürcüstan və Rusiya arasında viza rejiminin ləğv edilməsinin şərtlərini açıqlayıb
19.02.2017 12:38 Dünyadan reaksiya 1501
Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə yalnız diplomatik münasibətlər bərpa olunduqdan və bölgədə təhlükəsizlik səviyyəsi artıqdan sonra danışmaq mümkün olacaq.
“Rusiya və Gürcüstan münasibətlərinə gəlincə, bizim nümayəndələriniz Karasin və Abaşidze bu yaxında növbəti dəfə görüşüblər... biz münasibətlərin normallaşmasından məmnunuq, əmtəə dövriyyəsi artmaqdadır... aviadaşımanın coğrafiyası genişlənməkdədir”, - deyə Rusiya XİN rəhbəri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.
Lavrovun sözlərinə görə, Rusiya və Gürcüstan arasında viza siyasəti əhəmiyyətli dərəcədə liberallaşdırılıb və hazırda Gürcüstan vətəndaşları problemsiz Rusiyaya səfər edə bilir.
“Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır”, - deyə rusiyalı nazir qeyd edib.
Nazir qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, “hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə, viza rejiminin daha da yüngülləşdirilməsi barədə danışmaq mümkün olacaq”.
“Lakin diplomatik münasibətlərin olmadığı şəraitdə bu cür əməkdaşlığı bərpa etmək çətindir”, - deyə Lavrov qeyd edib.
Şərhlər