Britaniya bu şəxslərə qarşı mübarizəyə başladı
22.02.2017 13:20 Dünyadan reaksiya 1141
Britaniya parlamenti insan haqlarını pozanlarla mübarizə məqsədiylə hökumətin səlahiyyətlərini artırıb.
Axar.az xəbər verir ki, qanunvericiliyə edilən düzəlişə əsasən artıq hökumət insan haqlarını pozanların bütün aktivlərini dondura bilər. Üstəlik, qanunla bu şəxslərin Britaniyaya girişi tam qadağan ediləcək.
Qeyd edək ki, ABŞ da bir müddət əvvəl “Maqnitski qanunu”nu sərtləşdirib. Qanun bundan sonra bütün dünya ölkələrinin vətəndaşlarını aid olacaq. Bu qanuna əsasən insan haqlarını pozan şəxsin bütün hesabları dondurulacaq, onların ABŞ-a girməsi qadağan olunacaq.
Şərhlər