Kurts: “ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq niyyətindədir”

23.02.2017 08:40     Dünyadan reaksiya     1364

ATƏT Ukraynanın cənub-şərqində müşahidəçilərin sayının artırmaq niyyətindədir.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bəyan edib.

“Hazırda ATƏT-in diqqət mərkəzində olan ən əsas məsələlərdən biri Ukrayna böhranıdır. Burada bir çox aspektlər cəmləşib: Krımın ilhaqı, Donbasa silah tədarükü, Rusiyanın rolu, Minsk razılaşmalarının yerinə yetirilməsi, çox sayda zorakılıq faktları”, deyə S.Kurts bildirib.

Onun sözlərinə görə, ATƏT Donbasda müşahidəçilərin sayının artırmaq, missiyanın texniki potensialın möhkəmləndirmək və qoşunların təmas xəttində nəzarəti gücləndirmək niyyətindədir.

“Son bir neçə gün ərzində Ukraynanın şərqində müşahidə olunan zorakılıq hallarının səviyyəsi tamamilə qəbuledilməzdir”, deyə S.Kurts vurğulayıb. O, həmçinin tərəfləri Minsk razılaşmalarının yerinə yetirmək, atəşkəs rejiminə əməl etməyə çağırıb.

Reaksiya.az

Şərhlər